Vətən müharibəsi qazisinə yeni mənzil verilib - FOTO

Vətən müharibəsində yaralanan daha bir qazimizin - Məmməd Əkbərovun ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb.
Bu gün Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Məmməd Əkbərovun ailəsinə yeni mənzilin açarlarını təqdim edib. Ailə artıq yeni evinə köçə bilər.
V.Behbudov qazimizi və ailəsini bu münasibətlə təbrik edib. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək işlərinin aparıldığını bildirib. Məmmədin və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onların ödənişli ictimai işlərə cəlb olunduğunu da qeyd edib.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına döyüşən M.Əkbərov döyüşlərin birində xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda döyüşdə növbəti dəfə yaralanıb. Müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.
Xatırladaq ki, ötən ay V.Behbudov və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ailə ilə görüşmüşdü. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə onların mənzillə təmin edilməsi qərara alınmışdı.







Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










