Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - FOTO - VİDEO

Həsənağa və Qalib Bağırlı
Biləsuvarda Vətən müharibəsi qaziləri olan əkiz qardaşlar coşqu ilə qarşılanıb.
Avtosfer.az-ın Reporta istinadən məlumatına görə, Həsənağa və Qalib Bağırlı qardaşlarının Azərbaycan Silahlı Qüvvələri sıralarından təxris olunublar. Biləsuvar rayonununa qayıdan əkiz qardaşların rayon mərkəzində qarşılanma mərasimi keçirilib.
Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılan Həsənağa və Qalib sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq nümayiş etdiriblər.

Onlar ilk döyüşlərə Füzuli istiqamətində başlayıblar. Daha sonra isə Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər.
Hər iki qardaş müzəffər Azərbaycan Ordusunda xidmət etdiyinə görə fəxr etdiklərini bildiriblər.
Həsənağa və Qalib Bağırlı qardaşları döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonunun azad olunmasına görə medalları ilə təltif ediliblər.
Qeyd edək ki, əkiz qardaşlar 1997-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olublar. Orta məktəbi bitirdikdən sonra 2016-2018-ci illərdə həqiqi hərbi xidmət keçiblər.
"Report"un Muğan bürosunun müxbiri Tural Nəsirovun əkiz qəhrəmanlar barədə hazırladığı videoreportajı təqdim edirik.





Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












