Volkswagen bu ölkədə hər sürücüyə 2000 manat ödəyəcək

Volkswagen şirkəti ilə bağlı Dizelqeyt qalmaqalı 2015-ci ildə baş qaldırdı və uzun məhkəmə proseslərindən sonra yoluna qoyuldu. Avropada isə proses başa çatmayıb.
Avtosfer.az xəbər verir ki, alman şirkəti İtaliyada məhkəmə ilə razılaşıb. Şirkət dizelqeyt məsələsindən əziyyət çəkən sürücülərə 50 milyon avro təzminat ödəməklə bağlı razılığa gəlib.
Qaydaya görə, Volkswagen markalı avtomobilini 26 setyabr 2025-ci ilədək satmayan hər bir avtomobil sahibinə 1100 avro (təxminən 2000 manat) təzminat ödənəcək. Avtomobilin 2 sahibi varsa məbləğ onların arasında bölünəcək.
İtaliyalı mütəxəssislərin fikrincə, təzminat ödənilməsi üçün sistem qurulmalıdır ki, bu da bir neçə ay çəkəcək.
Qeyd edək ki, 2015-ci ildə ABŞ-də testlər zamanı Volkswagen avtomobillərində ekoloji nəticələri aldatmağa imkan verən proqram təminatı aşkar edilib. Bundan sonra uzun illər davam edən məhkəmə prosesləri başlayıb. Bu proses Qərb mətbuatında “Dizelqeyt qalmaqalı” və ya “Volkswagen işi” kimi məşhurlaşıb.
Vüqar
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












