"Volkswagen" yeni iri ölçülü krossover buraxacaq - FOTO

Volkswagen tarixindəki ən böyük krossoveri hazırlayır. Talagon adlanacaq model haqqında məlumat Çin Sənaye Nazirliyinin məlumatlar bazasında aşkar edilib. Bu günə alman markasının ən iri modeli ABŞ bazarında Atlas olaraq tanınan, Avropada isə Teramont adlandırılan krossoverdir.
Bununla birlikdə, ölçü baxımından daha iri olan başqa bir krossover yoldadır: Talagon Teramont modelindən 117 millimetr uzun, 13 millimetr enli və 26 millimetr hündür olacaqdır. Beləliklə, VW Talagon modelinin uzunluğu 5153 millimetr, eni - 2002 millimetr, hündürlüyü - 1795 millimetr, təkər bazasının ölçüsü isə 2980 millimetr olacaqdır. Talagon modeli MQB modul platformasının uzadılmış versiyasına əsaslanacaqdır.
Dizayn baxımından model, 2019-cu ildə Şanxayda təqdim olunan Volkswagen SMV konseptinin demək olar ki, tam surətidir.
Çində Talagon modelini 186 və ya 220 at qüvvəli 2.0-litrlik TSI benzin turbomühərrikilə, birinci halda ön ötürmə, ikincisində isə tam ötürmə ilə təklif ediləcəkdir. Eyni zamanda, əvvəllər 300 at qüvvəli 2.5-litrlik V6 turbomühəırriki haqqında söhbət gəzsə də, çox güman ki, belə bir modifikasiya daha sonra işıq üzü görəcəkdir.
Modelin təqdimatının 2021-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Krossoverin istehsalı FAW-Volkswagen birgə müəssisəsində yerləşdirilib.


Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır











