Volvo 2030-cu ilə qədər daxili yanma mühərriklərindən imtina edəcək

Geely holdinqinin tərkibinə daxil olan Volvo Cars şirkəti, yeni, sürətləndirilmiş elektrikləşdirmə strategiyasını qəbul edib. 2025-ci ilə qədər isveç markasının satışlarının yarısını elektrokarla təşkil etməli, digər yarısı isə hibridlər olmalıdır. Bunlara startyor-generatorları olan ən sadə "yumşaq" hibridlər də daxildir. 2030-cu ilə qədər isə, Volvo tamamilə daxili yanma mühərrikləri olan bütün modellərdən yaxa qurtararaq, tamamilə elektriklə hərəkətə gələn nəqliyyat vasitələrinə keçəcəkdir.
2017-ci ildə, dizel qalmaqalından sonra, istehsalçı yeni dizel mühərriklərinin yaradılmasında imtina edib. Buna baxmayaraq, Volvo şirkəti daxili yanma mühərriklərinin istehsalını hələ də davam etdirir. Benzin mühərriklərinin hələ də aktual olması, Volvo şirkətini onların modernləşdirilməsi ilə məşğul olmağa məcbur edir.
Lakin bu istiqamət tezliklə ləğv ediləcəkdir: Volvo şirkətinin rəhbəri Hakan Samuelsson daxili yanma mühərriklərinə sərnmayə qoymağın artıq perspektivsiz olduğunu və bu səbəbdən də istehsalçının əsas diqqəti elektrik ötürməsinə yönələcəyini söyləyib.
Hələlik Volvo şirkətinin model çeşidində yalnız bir elektromobil var - bu, 408 at qüvvəli ikimühərrikli Volvo XC40 P8 AWD Recharge krossoveridir. Ancaq bu gün 40 seriyasına aid olan ikinci batareya modeli də debüt edəcəkdir. Cari onilliyin ortalarında istehsalçının model cərgəsində altı elektrokar olacaqdır.
Bundan başqa, Volvo şirkəti elektron ticarətə də üstünlük verəcəyini qeyd edib: Volvo şirkəti bütün elektromobilləri onlayn satacaq və bununla yanaşı avtomobilə abunə təkliflərini də genişləndirəcəkdir./autograph
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










