Volvo da loqotipini sadələşdirib

Daha bir avtostehsalçı üç ölçülü loqotipdən sadələşdirilmiş “hamar” monoxrom loqotipə keçmək qərarına gəlib. Volvo embleminin ümumi üslubu artıq 90 ildir ki, dəyişmir, hətta şrift də əvvəlki kimi qalıb, lakin loqotipin özü son həddə qədər sadələşdirilib. Üstəlik, tarixdə ilk dəfə olaraq emblemin mərkəzi altlığı yoxa çıxıb - hazırda Volvo sözü havadan asılı qalıb, yumru halqa isə daha nazik olub.
Yeni loqotip artıq Volvo şirkətinin rəsmi saytlarında və sosial şəbəkələrdəki səhifələrində görünməyə başlayıb, lakin dəyişiklik bütün onlayn meydançalarda həyata keçirilməyib. Növbədə diler mərkəzləri var, avtomobillərdə isə, iki ölçülü emblem 2023-cü ildə peyda olacaqdır.
İlk dəfə Volvo Iron Mark loqotipi 1927-ci ildə isveç markasının birinci avtomobili olan Volvo ÖV 4 modelində debüt edib. Radiator barmaqlığını sağ yuxarı küncünə doğru yönəldilmiş oxa malik olan dairə həm Mars planetini, hən də qədim Romanın müharibə tanrısını simvolizə edirdi.///autograph
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO












