Xaricdən nə vaxtadək alınan avtomobilləri AZƏRBAYCANA GƏTİRMƏK OLAR?

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin martın 29-da qəbul etdiyi qərarı ilə Azərbaycana gətirilən avtomobillərə yaş limiti qoyulub.
Qərara əsasən artıq ölkəyə ancaq o avtomobillər gətirilə bilər ki, istehsal tarixindən 10 ildən artıq vaxt keçməsin.
Nazirlər Kabinetinin qərarına əsasən bu qərar 30 gündən sonra, yəni aprelin 29-dan qüvvəyə minəcək.
Həmin tarixə qədər isə ölkəyə 2006-cı ildən sonra buraxılan avtomobilləri gətirmək və rəsmiləşdirmək olar.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, aprelin 29-dək xaricdə alınan və ölkəyə gətirilən avtomobillərin rəsmiləşdirilməsi ilə bağlı problem yoxdur.
Qeyd edək ki, sözügedən qərardan sonra Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi martın 29-dək alınan avtomobillərin ölkəyə gətiriləcəyi halda rəsmiləşdiriləcəyini bildirmişdilər.
Bu açıqlamalardan elə başa düşülürdü ki, martıq 29-dan sonra alınan müddəti 10 ildən artıq avtomobillər ölkəyə buraxılmayacaq.
Amma sonradan Dövlət Gömrük Komitəsindən bildirilib ki, açıqlama martın 29-dək alınan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlıdır. Qərar isə göstərildiyi kimi, aprelin 29-dən qüvvəyminəcək və həmin tarixədək xaricdən alınıb ölkəyə gətirilən avtomobillər (söhbət buraxılış ili 10 ildən artıq olan avtomobillərdən gedir ) rəsmiləşdiriləcək.
Sadəcə bir fərq var ki, aprelin 29-dək alınan belə avtomobillər yalnız aprelin 29-dək ölkəyə gətirilməlidir.
Martın 29-dək alınan avtomobillər isə aprelin 29-dan sonra da gətirilə bilər, bunun üçün alqı-satqı sənədlərində tarixin doğrudan da martın 29-dək olduğu təsdiqlənməlidir.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










