Xiaomi elektromobil istehsal edəcək şirkətini rəsmi qeydiyyatdan keçirdib

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keçirdib. Məlumata əsasən Xiaomi-nin elektromobil istehsalı ilə məşğul olacaq şöbəsi artıq aktiv inkişaf mərhələsinə keçid edib. Beləliklə yeni şirkət Xiaomi EV Inc. adını əldə edib. Onun ilkin büdcəsi isə 1.55 milyard dollar təşkil edir.
Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Xiaomi rəsmi şəkildə elan etmişdi ki, o, elektriklə çalışan nəqliyyat istehsalına növbəti 10 il ərzində 10 milyard dollar investisiya yatırmağı planlaşdırır. Xiaomi-nin məlumatına əsasən şirkətin bu sahəsi ilə məşğul olan filialında artıq 300 əməkdaş çalışır. Bununla yanaşı Xiaomi-nin elektromobil şöbəsinə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun rəhbərlik edir.
Xiaomi onu da qeyd edib ki, elektromobillər ilə məşğul olan şöbə son 5 ay ərzində istifadəçi auditoriyası üzrə irimiqyaslı araşdırma aparıb və bu sahədə çalışan təmsilçilər ilə partnyorluq razılaşmaları əldə edib. Buna baxmayaraq Xiaomi hələ elektromobil və ya elektromobil prototipi təqdim etməyə hazır deyil. Qeyd etmək lazımdır ki, Çinin elektromobil bazarında artıq Nio və Xpeng kimi yerli nəhənglər mövcuddurlar. Həmçinin Tesla şirkəti də Çinin elektromobil bazarında müəyyən bazar payına sahibdir.///technote
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












