Xocavəndin 22 yaşlı qəhrəmanının doğum günü məzarı önündə qeyd olundu

Bu gün Vətən müharibəsi şəhidi Ziyəddin Xanalıyevin doğum günüdür.
Onun anadan olmasından 22 il ötür.
Şəhidin doğum günü ailə üzvləri və yaxınları tərəfindən onun məzarı önündə qeyd edilib.
Xanalıyev Ziyəddin Ariz oğlu 1999-cu il yanvarın 16-da Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.
O, orta təhsilini qonşu Təzəkənd kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini layiqincə yerinə yetirən Ziyəddin sonra mülki gəmidə işləməyə başlayıb.
O, 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Ordusu sıralarına qatılıb. Düşmən tapdağı altında olan torpaqlarımızın erməni işğalından azad olunması uğrunda həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlarda fəal iştirak edib. Ziyəddin Xanalıyev ağır döyüşlərdə belə, şücaətlər göstərib. O, sonuncu dəfə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.
Şəhidimizin nəşi noyabrın 19-da Biləsuvar rayonuna gətirilərək Ağalıkənd qəbiristanlığında torpağa tapşırılıb.
Ziyəddin Xanalıyev göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə (ölümündən sonra) təltif edilib.
Allah rəhmət eləsin!




Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












