Yeddinci zolaqdan birinci zolağa keçmək istədi; vurdular - VİDEO

Avtosfer.az-ın təqdim etdiyi növbəti qəza videosunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün əməli əks olunub. Bu hadisə Neftçilər prospektində – Dəniz Vağzalının qarşısında baş verib. Göründüyü kimi, üzərində «taksi» nişanı olan «Mersedes» markalı minik maşını yeddinci zolaqda olmasına baxmayaraq bu qədər nəqliyyat axınının arasından birinci zolağa hərəkət etmək istəyir. Qəflətən özünü yolun hərəkət hissəsinə atan «Mersedes» sürətlə hərəkət edən «Jiquli»nin hədəfinə tuş gəlir. Daha dəqiq desək, bu şəraitdə «Jiquli»nin heç bir günahı yox idi. Burada hərəkət sürəti 60 km/saatdır və üstəlik, yağmurlu havada asfalt islaq vəziyyətdədir. Əlbəttə, «Jiquli»nin sürücüsü bu vəziyyətdə heç nə edə bilməzdi. Maşını sağa-sola qaçırtsaydı başqa maşınları vura bilərdi. Bu vəziyyətdə ən yaxşı variant elə qaydanı pozan maşını vurmaq idi. Qoy, bu ona dərs olsun və bir daha yeddinci zolaqdan birinci zolağa manevr etməyin təhlükəli olduğunu unutmasın.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












