Yeni “Lada Iskra”nın seriya istehsalına başlanılır - Tarix məlum oldu

Yeni “Lada Iskra” avtomobilinin seriya istehsalına 2025-ci ilin aprelində başlanacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin texnoloji inkişaf strategiyası üzrə vitse-prezidenti Yevgeni Şmelev “AvtoVAZ”a səfəri zamanı bildirib.
O qeyd edib ki, sanksiyalar tətbiq olunduqdan və Qərb şirkətləri Rusiya Federasiyasından çıxdıqdan sonra komponentlərə əhəmiyyətli düzəlişlər edilib və təchizatçılarla ciddi iş aparılıb.
“AvtoVAZ” modelində “Lada Iskra” “Lada Granta”dan bir pillə yüksək, lakin daha bahalı və geniş “Lada Vesta”dan aşağı olacaq.

Y.Şmelev bildirib ki, “Lada Iskra” sedan, universal və universal Cross kuzovlarında təklif olunacaq:
“Yeni model üç növ güc bloku ilə təqdim olunacaq: 90 at güclü 1,6 litrlik baza mühərrikli 5 pilləli mexaniki transmissiya, 106 at güclü 1,6 litrlik mühərrik isə 5 pilləli mexaniki və ya avtomatik transmissiya ilə.
“Cross” versiyanın arxa oturacağında üç baş dayağı, “Vesta”dan götürülmüş çoxfunksiyalı sükan, bütün qapılarda avtomatik şüşəqaldırma, kondisioner və audiosistem - rəng seçimi isə boz, qəhvəyi, moruq və ağ rənglərdə olacaq”.
Namiq Musayev
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












