Yeni "Mercedes-Benz Sprinter" hazırlanıb - FOTO

Polşada fəaliyyət göstərən Kegger kuzov atelyesi Formula 1 avtomobillərindən ilham alaraq hazırladığı qeyri-adi evakuatoru təqdim edib. Layihənin əsasını keçən il 25-illik yubileyini qeyd edən Mercedes-Benz Sprinter təşkil edib.
Bu hadisənin şərəfinə polşalılar Sprinter Petronas Edition adlanan və qiyməti 125.000 avro təşkil edən 25 ədəd evakuator yığacaqlar. Brutal evakuatorun kuzovu Mercedes-AMG Petronas F1 komandasının avtomobillərinin rənglərinə boyanıb.
Evakuator firuzəyi haşiyələri olan qara və gümüşü rəngli livreyaya sahib olub. Transformasiya zamanı Sprinter genişlənmiş hava girişləri olan başqa ön bamperə, yan ətəklərə, tünd radiator barmaqlığına və qara 18-düymlük yüngül lehimli təkər disklərinə sahib olub. Kuzovun üzərində AMG loqotiplərinin olmasına baxmayaraq, adı çəkilən bölmə avtomobilin yaradılmasında iştirak etməyib.




Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










