Yeni nəsil “Mini Cooper SE EV” kamuflajsız görüntüləndi - FOTO

Daha əvvəl gizli şəkilləri yayılan yeni “Mini Cooper” ənənəvi görüntüsünə sadiq qalaraq qarşımıza çıxacaq. Avtosfer.az xəbər verir ki, markanın yeni modeli Los Angeles-də test edilərkən kameralara yaxalanıb.
Avtomobilin şəkillərini nəzərdən keçirdiyimizdə yeni nəsil versiyada diqqət cəlb edən bəzi dəyişikliklər olduğunu qeyd edə bilərik. Yeni oval faralar içində saxladıqları ikiqat üfüqi elementlərlə artıq daha çox böyük görünüşə sahib olub. Avtomobilin qanadlarının yanında seçilən ağ dairələrin nə işə yaraması isə hələlik məlum deyil.
Arxa tərəfə gəldiyimizdə avtomobilin yeni stop lampalarını görə bilirik. Ümumi modelə görə olduqca kiçik olan bu elementlər işıqlar və əyləclər aktivləşdirildikdə dördbucaqdan üçbucaq formasına dəyişir. Model elektromobil olduğu üçün hər hansı bir qaz çıxışının olmaması isə normaldır.
Yeni nəsil “Mini Cooper”lə bağlı yayılan məlumatlara, əsasən, fərqli batareya paketləri ilə təqdim edilən elektromobil (EV) modelin iki formada qarşımıza çıxacağı irəli sürülüb. Giriş səviyyədə model 40kWh-lik bir paket istifadə edəcək, üst səviyyə SE modeli 54kWh-lik bir paket istifadə edəcək. Bu da nəqliyyat vasitəsinin WLTP testi altında təxmini 386 km məsafə qət edəcəyini göstərir. Müştərilər 183 və ya 217 at gücü arasında seçim edə biləcəklər.
Qeyd edək ki, modelin nə zaman rəsmi təqdim olunacağı ilə bağlı vaxt müəyyən deyil. İlin sonlarına doğru təqdimatının gerçəkləşəcəyi gözlənilir.
Nərmin Əkbər
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir













