Yeni Porsche 911 GT3 300 km/saat sürətilə 5000 kilometr qət edib - FOTO

Yeni nəsil Porsche 911 GT3 sportkarının satışının başlanması ərəfəsində, istehsalçı idman avtomobilinin sınaqlarından və xüsusilə də ciddi dözümlülük testlərindən danışıb.
Bildiyiniz kimi, Nurburqrinq yarış trekinin “Şimal İlgəyi” yeni Porsche GT3 modeli tam dövrədə (20,8 kilometr) 6: 59.927, 20,6 kilometrlik hissədə isə 6.55.2 vaxtını nümayiş etdirib ki, bu da əvvəlki modeldə olduğundan 17 saniyə azdır. Bununla birlikdə, Porsche yeni 911 GT3 sportkarının dayanıqlığına da diqqət yetirib - istehsalçı avtomobilin saatlarla ən yüksək sürətlə hərəkət edə biləcəyini xüsusilə vurğulayıb.
Bu, heç də mübaliğə deyil. Məsələn, İtaliyadakı Nardo poliqonunda keçirilmiş sınaqlar zamanı idman avtomobili 300 km/saat sürətilə beş min kilometr qət edərək, yalnız yanacaq doldurmaq üçün dayanıb.
Bu, mühərrikin maksimala yaxın dövrələrdə 17 saat davamlı işləməsinə bərabərdir. Testlər başa çatdıqdan sonra, Porsche şirkəti avtomobilin “qüsursuz” qiymətini aldığını bildirib.
Porsche mühəndisləri 911 GT3 modelinin yüksək dövrəli 4.0-litrlik atmosfer mühərrikinin saatlarla ağır yük altında işləməsi üçün, yarış avtomobillərindəkinə bənzəyən mürəkkəb yağlama sistemini yaratmalı olublar. 510 at qüvvəli mühərrik, tam açılmış drossel çəpərciyi də daxil olmaqla, sinaq stendində müxtəlif iş rejimlərində 22.000 saatdan çox çalışıb./autograph
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır














