Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq? - AÇIQLAMA

"Milli Məclisdə lizinq fəaliyyəti ilə bağlı yeni qanun layihəsi müzakirə olunur və təklif edilən dəyişikliklər lizinq anlayışını daha çox maliyyə icarəsi modeli əsasında beynəlxalq standartlara uyğunlaşdırmağı hədəfləyir. Bu, bazarın tənzimlənməsi baxımından mühüm addım hesab olunur". Avtosfer.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, artıq istənilən hüquqi şəxs sadəcə formal olaraq lizinq fəaliyyəti ilə məşğul ola bilməyəcək, bu sahədə müəyyən tələblər və nəzarət mexanizmləri tətbiq ediləcək:
"Gözlənilir ki, bu dəyişikliklər lizinq bazarında sistemli yanaşmanın formalaşmasına, şəffaflığın artmasına və hüquqi aydınlığın təmin olunmasına gətirib çıxarsın. Ümumiyyətlə, bazarda qaydaların müəyyənləşdirilməsi iki istiqamətdə təsir göstərə bilər. Birinci ssenariyə görə, əgər yeni qaydalar lizinqi daha əlçatan və şəffaf edərsə, vətəndaşların bu alətə marağı artacaq. Bu halda daha çox insan avtomobil almaq üçün lizinqə üz tutacaq ki, bu da bazarda tələbin artmasına səbəb ola bilər. Tələbin artması isə müəyyən dövrlərdə qiymətlərin yüksəlməsi ilə nəticələnə bilər. Digər tərəfdən, əgər tətbiq edilən dəyişikliklər prosesi mürəkkəbləşdirərsə, yəni sənədləşmə artır, şərtlər sərtləşər və ya prosedurlar uzanarsa, bu zaman lizinqə müraciət edənlərin sayı azala bilər. Belə olan halda bazarda aktivlik zəifləyər və bu da qiymətlərə ya neytral, ya da müəyyən qədər aşağı yönlü təsir göstərə bilər".
Vüqar Oruc hesab edir ki, mövcud reallıqda avtomobil qiymətlərinə təsir edən əsas faktor təkcə lizinq mexanizmi deyil:
"Burada gömrük rüsumları, əlavə dəyər vergisi və idxal şərtləri daha həlledici rol oynayır. Xüsusilə son illərdə bu istiqamətdə olan dəyişikliklər bazarda qiymətlərin formalaşmasına ciddi təsir göstərir. Ümumiləşdirsək, lizinq şərtlərinin yüngülləşdirilməsi qısa müddətdə avtomobillərin ucuzlaşmasına səbəb olmaya bilər. Əksinə, əlçatanlığın artması tələbi yüksəldə və bu da qiymətlərə müəyyən təzyiq yarada bilər. Lakin uzunmüddətli perspektivdə rəqabətin artması və bazarın genişlənməsi qiymətlərin sabitləşməsinə və ya daha balanslı formalaşmasına şərait yarada bilər. Bu baxımdan əsas məsələ yeni qanunun necə tətbiq olunacağıdır. Əgər dəyişikliklər həm bazarın tənzimlənməsini, həm də vətəndaşlar üçün əlçatanlığı təmin edərsə, bu, ümumilikdə avtomobil bazarında daha sağlam və davamlı mühit formalaşdıra bilər".
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA












