Yeni Tesla modeli evləri enerji ilə təmin edəcək

Tesla şirkəti Cybertruck modeli ilə bir daha gündəmə gəlib. Şirkətin icraçı direktoru Elon Musk modellə bağlı vacib məlumatlar yayıb.
Dizaynı hələ də müzakirə olunan Tesla Cybertruck sonuncu dəfə suda qala biləcəyi ilə gündəmə gəlmişdi. Elon Muskun açıqlamasına görə, avtomobil gövdəsinin quruluşu və altı düz olduğu üçün suyun üzərində dayana bilir.
Yeni məlumata görə isə insanlar avtomobilin böyük batareyasında olan enerjini digər vasitələrə köçürə biləcəklər. Tesla Cybertruck vasitəsilə hətta çox kiçik evlərin elektrik enerjisinə olan tələbatını da qısa müddətdə ödəmək mümkündür. Əslində isə bu, fövqəladə hallar və maşının dayanma vaxtları üçün nəzərdə tutulub.
Avtomobilin içərisində batareya üçün üç fərqli paket var. Bu batareya paketləri uyğun olaraq 400 km, 480 km və 800 km məsafəni təmin edir. Tesla Cybertruck-un başlanğıc qiyməti 39 900 dollardır. Digər versiyaların qiymətləri isə 49 900 və 69 900 dollar nəzərdə tutulub./ted.az
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












