Yeni Tesla modeli evləri enerji ilə təmin edəcək

Tesla şirkəti Cybertruck modeli ilə bir daha gündəmə gəlib. Şirkətin icraçı direktoru Elon Musk modellə bağlı vacib məlumatlar yayıb.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, dizaynı hələ də müzakirə olunan Tesla Cybertruck sonuncu dəfə suda qala biləcəyi ilə gündəmə gəlmişdi. Elon Muskun açıqlamasına görə, avtomobil gövdəsinin quruluşu və altı düz olduğu üçün suyun üzərində dayana bilir.
Yeni məlumata görə isə insanlar avtomobilin böyük batareyasında olan enerjini digər vasitələrə köçürə biləcəklər. Tesla Cybertruck vasitəsilə hətta çox kiçik evlərin elektrik enerjisinə olan tələbatını da qısa müddətdə ödəmək mümkündür. Əslində isə bu, fövqəladə hallar və maşının dayanma vaxtları üçün nəzərdə tutulub.
Avtomobilin içərisində batareya üçün üç fərqli paket var. Bu batareya paketləri uyğun olaraq 400 km, 480 km və 800 km məsafəni təmin edir. Tesla Cybertruck-un başlanğıc qiyməti 39 900 dollardır. Digər versiyaların qiymətləri isə 49 900 və 69 900 dollar nəzərdə tutulub.
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür










