Yol hipnozu olmamaq üçün nələrə diqqət edilməlidir?

Qarşıdan gələn Qurban bayramında bir çox insan istirahət yerlərinə, bəziləri isə doğma şəhərlərinə gedəcək. Lakin uzun məsafə qət etmək sürücülər üçün asan deyil.
Sükan arxasına keçib saatlarla maşın sürənləri gözləyən həyati risk var.
Uzun məsafəli sürücülərin qarşılaşdığı ən böyük təhlükələrdən biri də “gözləri açıq yatmaq” kimi tanınan “yol hipnozu”dur.
Bəs sürücülər yol hipnozuna necə tutulurlar? Yol hipnozu olmamaq üçün nələrə diqqət edilməlidir?
Yol qəzalarında yol hipnozunun əhəmiyyətli payı var. Adətən nəqliyyat vasitəsini idarə edən şəxsin gözləri açıq olur. Ancaq bir yerə diqqət yetirir. O an nə etdiyini bilmir. Görür, amma beyni bunu qavraya və gördüklərinə reaksiya verə bilmir. Sürücülər adətən sükan arxasına keçəndən təxminən 2-2,5 saat sonra yol hipnozu olurlar. Onların bu vəziyyəti yaşamasına səbəb olan bəzi faktorlar var. Yorğun olmaq, yuxusuz olmaq, beynin məşğul olması bu amillərdəndir.
Bəs, bunun qarşısını necə almaq olar?
Yol hipnozu olmamaq üçün yola çıxmazdan əvvəl ən azı 7 saat yatmalıyıq. Sürücülər hər 2 saatdan bir fasilə verməlidirlər. Nəqliyyat vasitəsindən düşüb az da olsa hərəkət etmək, təmiz hava almaq və bədənimizin qan dövranını tənzimləmək lazımdır. Avtomobilin içərisində temperaturun çox yüksək olmaması vacibdir. Kondisioner işə salınsa da, təmiz hava almaq vacibdir. (lent.az)
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər












