Yol polisi də aciz qaldı – Bu nişanlara görə hamı əziyyət çəkir - VİDEO

Yollarda bir-birini təkzib edən yol nişanlarının qoyulması ilə bağlı dəfələrlə xəbər təqdim etmişik. Problemin kökündə duran əsas məsələ isə bu nişanların ayrı-ayrı qurumlar tərəfindən qoyulmasıdır. Nəticədə isə sürücülərdə çaşqınlıq yaranır və bu onların cərimələnməsi ilə nəticələnir.
Görürük ki, yol kənarında dayanmağı qadağan edən nişan qoyulub. Bir neçə metr irəlidə isə taksi sürücülərinin dayanmasına icazə verən nişan qoyulub.
Paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsindəki bu nişanlar sürücüləri caş-baş salmaqla yanaşı, vahid nəzarətin olmamasını açıq göstərir. Nişanların quraşdırılmasına cavabdeh olan Baş Dövlət Yol Polisi İdarəsinin «Siqnal» İdarəsinin rəisi Məhəmməd Məmmədovun sözləri də bunu təsdiq edir: «'Əvvəlcə müəyyənləşdirmək lazımdır ki, həmin nişanı kim qoyub. Ona görə ki, bizdə nişanları icazəsiz olaraq bir neçə qurum qoyur. Biz lazımsız nişanları yığışdırırıq, səhər də görürük ki, həmin ərazidə təzə nişanlar peyda olub».'
Nişanların bir birini təkzib etməsi bir yana, bu, həm də tragikomik situasiya yaradır. Belə ki, dayanmanı qadağan edən nişanın qoyulmasında əsas məntiq ondan ibarətdir ki, yolda hərəkətin intensivliyinə maneə yaranmasın. Bir neçə metr irəlidə isə taksilərin dayanmasına icazə verən nişan var. Belə çıxır ki, dayanmış taksilər intensivliyə mane olmur.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










