Yol polisi ilə zarafatlaşmaq sürücüyə baha başa gəlib - VİDEO

Bir neçə gün öncə sürücünün yol polisi ilə mübahisə etdiyini göstərən video yayılmışdı. Həmin videoda yol polisi sürücüdən sənəd tələb etdiyi bir halda, sürücü ilk olaraq polisin özünü təqdim etməyini emosional şəkildə tələb edirdi. Milli.az xəbər verir ki, həmin görüntülər ölkə mətbuatında yayıldıqdan bir neçə gün sonra sürücü Kamil Əsgərov Suraxanı rayon 31-ci polis bölməsinə çağırılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb. İndi yol polisi ilə mübahisə edən sürücünü ən yaxşı halda pul cəriməsi, ən pis halda isə 5 günlük həbs cəzası gözləyir. İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri nəzərdə tutur. Bu qayda pozuntularını törədən şəxs əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Suraxanı Rayon Məhkəməsinin sürücü Kamil Əsgərov barəsində nə qərar çıxaracağı bu gün məlum olacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















