Yol polisi klipə görə cərimə yazıb - XƏBƏRDARLIQ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məşhurların pozduqları yol hərəkəti qaydalarından söz açıb. «Xəbərsizsiniz» verilişinə qonaq olan V.Əsədov tanınmışlara xəbərdarlıq edib: “İctimaiyyət arasında söz-söhbətlər gəzir: guya polislər məşhurların günahlarına göz yumur, onlar nə istəsələr, edə bilərlər, protokol yazılmır. Bu, yanlış fikirdir. Hətta məşhurların çəkdirdikləri avtomobillə bağlı o dırnaqarası klip bizim tərəfimizdən araşdırılıb, müvafiq cəzalar tətbiq edilib. Bu gün törədilən xətaları lentə alıb internet saytlarında yerləşdirmək həmin vətəndaş barəsində tədbir görülməsinə imkan verir. Adlarını qeyd etmək istəməzdim, amma tanınan şəxslər arasında sürücülük vəsiqəsi olmayanlar var. Onlarla bağlı polisin saxlamaq əmrindən sonra durmayıb yola davam etmələri halları baş verir. Məşhurların hamısı törətdikləri xətaya görə cavab verir. Hətta Tolik Qazax yolunda xəta törədib və bunun qarşılığı olan yüz manat cəriməsini ödəyib». Bölmə rəisi, həmçinin, müğənnilərin çəkdirdikləri kliplərdə yol hərəkəti qaydalarının pozulmasına görə xəbərdarlıq edildiklərini deyib: «Müğənnilər klipdə avtomobillə çəkilirlərsə, onda təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Sevda Yahyayeva avtomobillə çəkdirdiyi klipə görə bizim tərəfimizdən xəbərdarlıq edilib. Məşhurların hamısı törətdikləri xətaya görə cavab verir. Hətta Tolik Qazax yolunda xəta törədib və bunun qarşılığı olan yüz manat cəriməsini ödəyib».
Qeyd edək ki, Sevda Yahyayevanın “Unut” adlı klipində motosiklet və avtomobil səhnələri lentə alınıb.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










