Yol polisi qanunsuz evakuasiya zamanı yaxalandı - VİDEO

Son zamanlar yol polislərinin qanunsuz hərəkətləri barədə informasiyaların sayı artır. Xüsusən də, avtomobillərin evakuaisyası zamanı ortaya çıxan biabırçı mənzərə hər kəsin narazılğını səbəb olur. Avtosfer.az-ın məlumatına görə, belə hadisələrdən biri də iyunun 16-da, paytaxtın Yasamal rayon, Ələskər Ələkbərov küçəsində, «Space» TV-nın yaxınlığında baş verib. Yol kənarında dayanmış «VAZ-2104 markalı avtomobilin evakuasiya olunması ilə bağlı polis əməkdaşı göstəriş verib. Lakin maraqlısı budur ki, maşının saxlandığı ərazidə park etməklə bağlı hər hansı qadağanedici yol nişanı yoxdur. Maşının evakuatora çıxarılması zamanı sahibinin oraya özünü çatdırması isə polis əməkdaşının geri addım atmasına səbəb olub. Beləliklə, maşının saxlandığı yerdə qadağanedici nişanın olmamasını əsas gətirən sürücü maşınının evakuasiya olunmasının qarşısını alıb.
Qanunvericiliyə görə, evakuasiya zamanı avtomobil hətta evakuatora yüklənmiş vəhiyyətdə olsa belə, sürücü yaxınlaşırsa avtomobil yerə düşürülməlidir. Bundan sonra evakuasiyanı həyata keçirən polis əməkdaşı həmin sürücüyə dayanma-durma qaydalarını pozduğuna görə 20 manatlıq cərimə protokolu yazmalıdır. Amma bu görüntülərdən məlum olur ki, həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı yoxdur. Sürücü yaxınlaşdıqda isə polisin göstərişi ilə maşın evakuatordan düşürülür və onlar çıxıb gedirlər. Sual yaranır ki, əgər evakuasiya qanuni idisə nə üçün maşını yerə düşürəndən sonra sürücüyə protokol yazılmadı? Qanunsuz idisə, o zaman bəxtini bir daha sına…
Hadisə yerində olan Avtosfer.az-ın əməkdaşının lentə aldığı videonu sizə təqdim edirik.
Nurlan
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi
Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO
Benzinin saxlama müddəti bu qədərdir








