Yol polisi saxladı, sürücü özünü bıçaqladı – Bakıda
Avtoxəbər
15 Fevral 2015 13:13

Maşınının cərimə meydançasına aparılmasını istəməyən sürücü özünü bıçaqla vurub
Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Avtosfer.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsi 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Binəqədi sakini, 1993-cü il təvəllüdlü Ramazanzadə Faiq Rövşən oğlunun idarə etdiyi “İnfiniti” markalı avtomobili saxlayıblar. Yol polisi sürücüyə qayda pozuntusu ilə bağlı məlumat verib və avtomobili cərimə meydançasına aparmağa çalışıb. Bununla razılaşmayan 22 yaşlı oğlan bıçaqla qoluna zərbələr endirib. F.Ramazanzadəyə tibbi yardım göstərilib. Faktla bağlı zəruri araşdırmalar aparılır.
Oxunub : 3096
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
16 Oktyabr 2026 20:57
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
16 Oktyabr 2026 19:30
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
16 Oktyabr 2026 16:48
Elektromobillər tıxacların artmasına səbəb olur?
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
ŞƏRH YAZ












