Yol polisi saxlayanda sürücü avtomobildən düşməlidirmi?

DYP əməkdaşının qayda pozuntusu törətməyə görə saxladığı sürücüdən avtomobildən düşməyi tələb etmək səlahiyyətinin olub-olmaması barədə suallar son zamanlar tez-tez eşidilir. Bu sualın aydın cavabı qanunvericilikdə var. Avtosfer.az-ın məlumatına görə, “Yol-patrul xidməti haqqında” Təlimatın 11.6-cı bəndində deyilir ki, YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər:
1) nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün;
2) sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsasın olduğu halda;
3) nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;
4) nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün;
5) sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda;
6) sürücülərin zəruri sənədlərin rəsmiləşdirilməsi və ya digər yol hərəkəti iştirakçılarına yardım göstərilməsində köməyinin tələb edildiyi digər hallarda.
Düzdür, həmin hallarda DYP əməkdaşının sürücüdən avtomobili tək etməyi tələb etməsi yox, ona bunu təklif etməsi göstərilir. Təklif isə o deməkdir ki, onun icrası sürücünün istəyi ilə bağlıdır. Lakin sadalanan hallardan eləsi var ki, həmin hallarda sürücünün avtomobildən düşməsi məcburidir (məsələn sərxoş sürücü sükan arxasından düşməlidir, çünki belə vəziyyətdə avtomobili idarə etmə birmənalı olaraq qadağandır), bəzi hallarda isə avtomobildən düşmək sürücü üçün də vacibdir (məsələn dağılan yükü qaydaya salmaq üçün, nəqliyyat vasitəsinə baxış keçirərkən harada nəyin olduğunu görmək üçün və s.).
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










