Yol polisi və sinoptiklərdən XƏBƏRDARLIQ

Fevralın 17-si axsam saatlarından etibarən Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, qeyri-sabit hava şəraiti əsasən, fevralın 18-i və fevralın 19-da müşahidə olunacaq. Həmin günlərdə hava şəraitinin küləkli və yağıntılı olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Fevralın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşam küləyin sürəti arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti, axşam 3 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin, gündüz qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşama doğru güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 17-si günün ikinci yarısından fevralın 18-i günün ikinci yarısınadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi, ötən günlə müqayisədə temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Baş Dövlət Yol Polisi İdarəsi də havaların soyuması ilə əlaqədar olaraq sürücülərə müraciət edib. İdarənin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, havaların soyuması ilə əlaqədar sürücülərin yollarda diqqətli olması xahiş olunur. Kamran Əliyev, həmçinin sürücülərə xüsusilə qar yağacağı təqdirdə mövsümi təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirməyi, və s. lazımi avadanlıqların olmasını təmin etməyi, ara məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı tövsiyə edib.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










