Yol polisindən gülünc svetofor – VİDEO

Avtosfer.az saytının daimi izləyicilərindən olan Ziya Quliyev olduqca maraqlı və bir qədər də gülünc doğuran məsələ barədə bizə müraciət edib. Hiya Quliyev müraciətində bildirir ki, iki ay öncə Zabrat-Maştağa yolunda Kinologiya Mərkəzinin qarşısında yolun hər iki istiqamətində işıqforlar quraşdırılıb. Lakin maraqlısı odur ki, orada hec bir yolayrıcısı olmadan bu işıqforlar quraşdırılıb və yalnız Kinologiya Mərkizinin qarşısından həmən yola daxil olub Zabrat istiqamətində hərəkət etmək imkanını yaradır. Ziya Quliyev daha sonra bildirir ki, hal-hazırda Zabrat-Maştaqa istiqaməti ücün işıqforun qırmızı işıqı yananda Zabratdan gələn nəqliyyat vasitələridə durmalıdırlar, halbu ki, qarşıda nə yolayrıcı, nə də, piyada keçidi mövcuddür: «Yaranmış vəziyyətə nəzər yetirsək məlum olur ki, bu işıqforun mövcudluğu yalnız Kinologiya Mərkəzinin qarşısından Zabrat isitiqamətinə çıxan avtomobillər üçün əhəmiyyət kəsb edir. Sözügedən yolun şəhərlərarası yol olduğunu nəzərinizə çatdırmaq istərdim. Buna gorə də yalnız bir istiqamətdə çixa biləcək nəqliyyat vasitələri üçün işıqforun quraşdırılması düzgün deyil. Həmən mərkəzin qarşısında kifayət qədər sahə var ki, orada sürətlənmə zolağını inşa edib əsas yola birləşdirməklə, oradan çıxan avtomobillərə təhlükəsiz şəkildə Zabrat istiqamətində hərəkət etmək imkanı yaranardı və əsas yolla hər iki istiqamətdə hərəkət edən avtomobillər maneəsiz hərəkəti davam edə bilərdilər».
Ziya Quliyev məsələ ilə bağlı əsl vətəndaş mövqeyi göstərərək Azərbaycan Prezidentinin rəsmi saytına müraciət ünvanlayıb. «Bu müraciətim nəticəsində mənimlə Baş Dövlət Yol Polisi İdarəsindən Vəkil bəy əlaqə saxladı. Çox mülayim tərzdə söhbətimiz oldu və o, mənə bildirdi ki, həmin işıqforun quraşdırılması layihəsinin müəllifidir. Vəkil bəyin dediyinə görə, sözügedən işıqfor piyadalar üçün nəzərdə tutulub və standart rejimində yox, piyadalarin ehtiyaci olanda üzərində olan xüsusi düymə vasitəsilə qırmızı işığa kecir. Lakin mən onu əmin etdim ki, həmin işıqforun üzərində belə bir düymə mövcud deyil və o, standart rejimində işləyir. Vəkil bəy söz verdi ki, bu halı "Siqnal" idarəsi ilə araşdıracaq».
Araşdırma aparılana kimi isə Ziya Quliyev özü həmin ərazidə olub və svetaforun həqiqətən də aid rejimdə işlədiyini sübut etmək üçün video çəkərək Avtosfer.az-a göndərib. İndi isə yol polisinin bu dəfə hansı bahənəyə əl atması maraqlıdır. Videodan da aydın görünür ki, svetofor adi rejimdə işləyir və sürətlə hərəkət edən avtomobillər qırmızı işıqda maşını saxlaya bilməyərək həm svetoforu keçib gedirlər, həm də bir-birlərinə qəza şəraiti yaradırlar. Bütün hallarda, bu məsələ təcili şəkildə araşdırılmalı və tədbir görülməlidir. Çünki orada qaza qaçılmazdır.
Elməddin Muradlı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...
Azərbaycanda avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif olunur










