Yol polisindən şikayəti olanların nəzərinə- VİDEO

Daxili İşlər Nazirliyində Yol Polisindən şikayətləri qəbul etmək üçün “qaynar xətt” yaradılıb. ANS-in məlumatına görə, bundan sonra vətəndaşlar DİN-in 102 qaynar xətti ilə yanaşı BDYP idarəsində yaradılan 902 nömrəli qaynar xəttinə də zəng edib məlumat verə biləcəklər. Amma burada yol polislər və yol hərəkəti haqqında narazılıq və müraciətlər qəbul edilir. Baş Dövlət Yol Polisi İdarəsində yaradılan 902 qaynar xətti üç gündür fəaliyyətə başlasa da gün ərzində təxminən 100-150 müraciət daxil olur. 902 qaynar xəttində həminin müraciətlər BDYP idarəsinini əməkdaşları tərəfindən qəbul edildiyindən vətəndaşları maraqlandıran suallara yerində cavab verilir. Yeni yaradılan “qaynar xətti” vətəndaşların şikayətlrini qəbul etməklə yanaşı onların suallarını cavablandırılmasını da təmin edir. Amma istisnalar da var.
Təkcə 2013-cü ildə nazirliyin “102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olub. Həmçinin, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılıb, adekvat intizam tədbirləri görülüb. 902 qaynar xəttinin də bu sahədə vətəndaşların köməyinə çatacağı və problemlərni həllə edəcəyi gözlənilir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










