Banner

Yol polisindən sürücülərə texniki baxış güzəşti - VIDEO

Avtoxəbər 5 Avqust 2014 20:40 Oxunub 4828
Yol polisindən sürücülərə texniki baxış güzəşti - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xarici maşınların texniki baxışdan keçirilməsi üçün əlavə vaxt verilib; 15 avqust sonuncu gündür

Azərbaycanda xarici istehsallı avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı vaxt uzadılıb. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildiriblər ki, Azərbaycanda xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddətinin vaxtı uzadılıb. Qeyd edilib ki, növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi nəzərə alınaraq qərara gəlinib ki, bu müddət avqustun 15-dək uzadılsın. Avqustun 15-dək texniki baxışdan keçməyən sürücülər və avtomobil sahibləri məsuliyyətə cəlb edilməyəcək. 

Avtosfer.az saytının məlumatına görə, yol polisinin bu addımı rəsmi qərar deyil. Sadəcə, texniki baxış məntəqələrində yaranan sıxlıq və sürücülərin əksəriyyətinin xarici avtomobillər üçün texniki baxış vaxtının oktyabr-noyabr aylarında olmasını düşünməsi yol polisini bu addımı atmağa məcbur edib. Odur ki, yenidən arxayınlaşıb 15 günün tamamında, yəni, sonuncu gün texniki baxışa müraciəi etməyin. Düzdür, yol polisi bu müddətdə cərimə yazmasa da, xəbərdarlıq edəcək. Elədirsə, avtomobilləri xəbərdarlıqsız texniki baxışdan keçirməyə tələsin! Çünki yol polisi insanların bəzilərinin məlumatsız olduğunu, bəzilərinin istirahətdə olduğunu nəzərə alaraq texniki baxışdan keçməyən nəqliyyat vasitəsi sahiblərinə güzəşt edib. Əslində, bu cür güzəştlər hər il edilir. Odur ki, tələsmək lazımdır. Sonra 50 manatdan 300 manata qədər cərimə oluna bilərsiniz.

Qeyd edək ki, qanunvericiliyə görə, Azərbaycanda nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilib:

- "VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.

 
Emin
ŞƏRH YAZ
Ad

E-mail

Şərh