Yol polisindən xəbərdarlıq

Bakının yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb. Avtosver.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə bildirdiyinə görə, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi deyir ki, yollar yağışlı və qarlı, eyni zamanda sürüşkən olduğu üçün sürücülər sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.
“Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyat hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirməlidirlər. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb.
Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri xüsusilə əsas prospektlərdə, şosselərdə, o cümlədən Aeroport şossesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.
“Piyadaların üst-başını su ilə isladan sürücülər yol polisi tərəfindən cəzalandırılacaq. Belə sürücüləri 40 manat məbləğində cərimələr gözləyir. Noyabr ayında piyadaları çirkli sularla isladan 31 sürücü barəsində protokol tərtib olunub. Bundan başqa, piyadalar da şikayətlər edib. Müşahidə kameraları vasitəsilə belə hallar qeydə alınır”, - deyə Vaqif Əsədov bildirib.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










