Yol polisini döydüyü bildirilən idmançı «Hummer»i sənədsiz sürürmüş

"Tanınmış məşqçi Kamil Zeynalovun yol polisi tərəfindən saxlanılması barədə deyilənlər yalandır". Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib. Bəzi kütləvi informasiya vasitələrində Kamil Zeynalov yol polisini vurması barədə məlumat yayılıb. Guya o, Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına salınıb. E.Zahidov yayılna məlumatların heç bir əsası olmadığını deyib. "Əslində Kamil Zeynalov “Hummer” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün Bakı şəhərə yol polisi tərəfindən saxlanılıb. Yol polisi hadisə yerində protokol tərtib edib. Qanuna uyğun olaraq avtomobil duracağa aparılıb. Lakin Kamil Zeynalov nə polis tərəfindən saxlanılıb, nə də Bakı şəhər Baş Polis İdarəsinə aparılıb”, - deyə Ehsan Zahidov bildirib. Qurum rəsmisinin sözlərinə görə, Kamil Zeynalov ilə yol polisi arasında heç bir insident olmayıb. "Deyildiyi kimi Kamil Zeynalov heç bir polisə əl qaldırmayıb və müqavimət göstərməyib.
“Əslində belə hallar hər gün baş verir. Kimsə qanunsuz olaraq avtomobil idarə etdiyi üçün saxlanılır və maşın cərimə meydançasına aparılır. Yaxud yol qaydası pozduğu üçün cərimə olunur. Bəzən isə xəbərlər kimlərinsə təxəyyülünün məhsulu olaraq şişirdilir”.
Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Gülay Zeynalovanın həyat yoldaşıdır.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










