Banner

Yol polislərinin biabırçı qayda pozuntuları - VİDEO

Avtoxəbər 8 May 2014 10:31 Oxunub 4164
Yol polislərinin biabırçı qayda pozuntuları - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Danışığını, davranışını və elementar qaydaları bilməyən DYP əməkdaşları hələ də var

Yol hərəkətinə aid problemlərin artmasında sürücülərin təcrübəsizliyi, qayda pozuntularına yol verməsi və digər bu kimi əməlləri önə çəkərkən qarşı tərəfin, yəni, yol polisinin də nöqsanlarını demək, göstərmək lazımdır. Avtosfer.az saytının təqdimatında izlədiyiniz bu videomaterial ayrı-ayrı vaxtlarda Azərbaycan ərazisində və elə Azərbaycanın dövlət yol polisi əməkaşları ilə bağlı çəkilib. Həvəskar sürücülər var ki, belə kadrları yaymaqla yol polisinin yarıtmaz fəaliyyətini ictimailəşdirir. Və heç kəs şübhə etməsin ki, ictimailəşdirilən bir məsələnin həlli gec-tez baş tutur. Amma biz sosial şəbəkələrdə indi izlədiyiniz videoların yüzlərlə olduğunu deyə bilərik. Və hələ də öz hüquq və vəzifələrini, danışığını və davranışını, «Yol patrul xidməti haqqında» təlimatda göstərilən elementar qaydaları bilməyən yol polislərinin olduğunu qeyd etməklə yanaşı, bundan təəssüfləndiyimizi də gizlətmirik. Videomaterialdakı ilk görüntü Gəncə şəhərində çəkilib. 10 YP 687 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili yol kənarında dayanmış «Toyota» markalı avtomobilin yanında saxlayır. Bu zaman mülki avtomobildən düşən sürücü gülə-gülə yol patrul xidməti avtomobilinə əyləşir. Bunun nə dərəcədə qanunauyğun olduğunu müzakirə etmirik və YPX haqqında təlimata nəzər salanlar bunu bilirlər. Məsələ ondadır ki, YPX maşını yolun hərəkət hissəsində maşın saxlayıb bir neçə dəqiqə ərzində digər nəqliyyat vasitələrinə problem yaradır. Hansı ki, həmin ərazidə, yəni, «Toyota»nın arxasında və ya qarşısında da maşını saxlamaq olardı. Sürücünün o maşına gülə-gülə minib, üzgün halda düşməsinin də səbəbini bilmək maraqlı olardı.

Digərgörüntülərdə yolpolisiəməkdaşınınyolunhərəkəthissəsində dayanmış ağ rəngli «Mercedes»ə dirsəklənibsürücü ilə mehribansöhbətetdiyinigörürük. Həminyolpolisibaşqa sürücülərin maşınından gələn siqnal səslərini eşidir və özü də nəqliyyatınhərəkətinə əngəltörətdiyinigörüb başadüşür. Lakin  heç nə olmamış kimiheç duruşunadafikirverib özünü düzəltmir. Bu görüntüləri lentə alan sürücü çox əsəbi tonda təhqiramiz ifadələr işlədir. Biz heç bir montaj etmədən həmin görüntünü ona görə olduğu kimi təqdim edirik ki, qoy digərləri, elə həmin yol polisi əməkdaşının özü də baxıb görsün ki, bu cür hərəkətlər edərkən ətrafdakılar onların barəsində bax bu cür düşünür və düşündüklərini də elə olduğu kimi dilə gətirirlər.

Ardınca daha bir yol polisi əməkdaşının avtomobili yolun hərəkət hissəsində saxladığını və nəqliyyatın hərəkətinə əngəl törətdiyini, hətta qəza şəraiti yaratdığını görürük. Amma yəqin ki, onun bu qaydalardan, heç təlimatda yazılanlardan da xəbəri yoxdur. Qayda pozan sürücünü yaxalamaq üçün gizlin yerlərdə gizlənməyi sevən DYP əməkdaşları görəsən, nə üçün elə həmin sürücüləri saxlayanda yolun hərəkət hissəsindən kənara çəkilmirlər? Yoxsa, yolda hərəkətə əngəl törətməyə onların ixtiyarı var? Əlbəttə, yoxdur! Qaydaları bilirsə, etikası varsa, bunu heç bir DYP əməkdaşı etməz. Amma bizim növbəti «qəhrəman»ımızın etika ilə nə qədər maraqlandığı şübhə doğurur. Mikrofonla yolda hərəkəti «tənzimləyən» DYP əməkdaşı «Kamaz» sürücüsünə özünəməxsus tərzdə müraciət edir; «Kamaz, qanmaz». Bəlkə də elə yol polisinin bu cür davranışlarına görə DYP rəhbərliyi yol patrul xidməti avtomobillərində mikrofonları ləğv edib.

Və sonuncu kadrlara diqqət edək. Yol polisi əməkdaşı gənc sürücünü saxlayıb heç nə demədən, özünü təqdim etmədən, sürücünün hansı qayda pozuntusu törətdiyini söyləmədən ondan sənəd tələb edir. Sürücü dəfələrlə xahiş edir ki, YPX inspektoru törətdiyi xətanı ona izah etsin. Amma inspektor nəinki qayda pozuntusunu izah edir, hətta sürücü mobil telefonla çəkiliş apardığı üçün  onu ağır söyüşlə təhqir edir. Sürücü onu nizam-intizama dəvət edir, amma DYP əməkdaşı yenə kobudluq edir.

Sonuncu cümlədəki nizam-intizam sözünü elə-belə yazmadım. Qısaca olaraq onu demək istərdim ki, «Yol patrul xidməti haqqında» təlimata görə, əslində, polis vətəndaşı, sürücünü nizam-intizama dəvət etməlidir. Dəvət etməkdən söz düşmüşkən, mən hər iki tərəfi nizam-intizama dəvət edirəm… 

Dəvəti dəyərləndirməzdən əvvəl isə Dövlət Yol Polisinin rəhbərliyi küçə və yollarda xidmət aparan yol patrul xidməti əməkdaşlarının lazımi qaydada təlimatlandırılmasını unutmamalıdır. Söhbət qanundakı təlimatlardan gedir. Rəhbərliyin öz «təlimatı» nə bizə, nə də sürücülərə maraqlıdır.

 


Elməddin MURADLI

ŞƏRH YAZ
Ad

E-mail

Şərh