Yol qəzaları ilə bağlı ŞOK rəqəmlər; 27 ildə 24 min 537 ölü

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son 26 ildə ölkədə qeydə alınan yol qəzalarının statistikasını açıqlayıb. Avtosfer.az xəbər verir ki, BDYPİ-dən avto.lent.az-a verilən məlumata görə, 1988-ci ildən 2015-cü ilədək Azərbaycanın avtomobil yollarında 69 min 622 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 24 min 537 nəfər ölüb, 77 min 457 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Statistikaya görə, ötən 26 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib. 2014-cü ildə isə respublika ərazisində 2635 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 1124 nəfər ölüb, 2676 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müqayisə üçün bildirək ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










