Yolda kobud qayda pozan bəy-gəlin kortejinə sürpriz cəza - FOTO

Fransanın Lenyevil komunasında qayda pozan toy karvanına bələdiyyə maraqlı sürpriz hazırlayıb. Avtosfer.az Fransa mediasına istinadən xəbər verir ki, təxminən 30 avtomobildən ibarət kortej 5 min nəfərlik komunadan keçərsən ciddi qayda pozuntusu (fransız yanaşmasına görə!) törədib. Sürücülər səs siqnallarından istifadə edib, əks istiqamətdə və piyada yolunda hərəkət ediblər. Bələdiyyə sədri isə münaqişə yaranmasın deyə hadisə yerində olan polislərə müdaxilə etməməyi tapşırıb. Ertəsi gün kamera qeydləri təhlil edilərək cəza tətbiq edilib: ümumi 100 bal və 9600 avro. Mer bu qərarını sosial şəbəkədə paylaşdıqdan sonra məşhurlaşıb. Qərar təqdir edilib.
Qeyd edək ki, mer Kristof Ditrix əvvəllər də xüsusi qərarları ilə seçilib. Komunada tibb xidmətinin aşağı səviyyədə olmasına etiraz əlaməti olaraq Ditrix əhalinin evində ölməsini qadağan etmişdi. Küçəyə zibil atanların atdığı zibil isə sahibinə geri göndərilirdi. Hər 2 tədbir ciddi səmərə verib.
Vüqar Yaşaroğlu
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO













