Yolun ortasında sürücülərə təhlükə; DYP göz yumur – VİDEO

Avtosfer.az saytında iyunun 4-da Xətai rayonu ərazisində – Ukrayna dairəsinin yaxınlığında qaraçı qızın sürücələrə təhlükə yaratması, öz həyatını da təhlükəyə atması barədə məlumat vermişdik. Oxucumuz Arif Şəmistanlının Avtosfer.az-a göndərdiyi videoda bütün proses açıq-aydın görünür. Arif Şəmistanlının idarə etdiyi avtomobilin qarşısına qəflətən qaraçı qız çıxıb və gördüyünüz kimi, təhlükəli vəziyyət yaradaraq yolu kəsib. Balaca qız sürücüdən pul almaq üçün bu addımı atıb. Lakin bütün hallarda bu, olduqca təhlükəli hərəkətdir. Sürücünün ayıq-sayıqlığı nəticəsində balaca qızcığaza heç nə olmayıb. Sürücü maşını başqa istiqamətə sürməyə çalışsa da, qaraçı qız buna imkan verməyib.
Hər halda, bu mənzərə Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin 15 metrliyində baş verir. Əlbəttə, DYPŞ-nin əməkdaşları bunu görməmiş olmazlar.
Dünən isə digər oxucumuz Tural Rüstəmli bu məsələ ilə bağlı yeni məlumatlar verib. O bildirib ki, həmin qaraçı qız hər gün orada dayanır və avtomobillərin qarşısını kəsib pul istəyir: «Mən oradan keçəndə qarşımı kəsir, maşınım hündür olduğu üçün ayaq qoyulan yerə, «spoller»in üstünə çıxıb pəncərədən sallanır ki, pul ver. Ötən gün svetaforun düz yanında yenə həmin proses baş verdi. DYP əməkdaşları da dayanıb baxardılar. Yol polisləri görürdülər ki, qız yapışıb maşından, yaşıl işıq da yanır, mən sürməliyəm, amma sürsəm bu qız qalacaq təkərin altında. Vallah, yol polisləri heç bir reaksiya vermədilər. Özü də ora düz Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısıdır. «Əhmədli» metrostansiyasının yaxınlığı».
Tural Rüstəmli bildirir ki, qaraçılar hər gün həmin ərazidə olurlar və hərəsi bir svetaforda dayanıb bu cür təhlükəli hərəkətlərə əl ataraq dilənirlər: «Polis onlara heç nə demir. Amma onların birini maşın vursa, yəqin ki, polis həmin sürücünü bədbəxt edəcək».
Avtosfer.az saytı ümid edir ki, aidiyyatı orqanlar məsələ ilə bağlı ciddi tədbir görəcək.
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?
Kompüter mühəndisləri sürücüsüz avtomobilə minməyə qorxurlar - FOTO
Yayda mühərriki qızdırmaq lazımdırmı?
Çin maşınlarına maraq artır; sürücülərin seçimi niyə elektromobillər olur? - RƏY
Avtomobil nəhəngi işçilərinin sayını azaldır - Çin bazarının...










