Zəngilanda, Füzulidə, Laçında və Qubadlıda avtovağzalların fəaliyyəti planlaşdırılır - Elməddin Muradlı

Horadizdən Ağalıya müntəzəm təşkil olunan marşurutlar və bunun nəqliyyat sahəsi üzrə önəmi haqqında Nəqliyyat Eksperti Elməddin Muradlı Teıejurnal.az-a açıqlama verib:
“Horadizdən Ağalıya və Ağalıdan Horadizə marşurut xəttləri hal hazırda da fəaliyyət göstərir, amma bu qeyri – rəsmi formada fəaliyyətdir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin marşurutlar üzrə rəsmi fəaliyyəti tənzimləmək üçün müsabiqə elan edib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin saytında da müsabiqə barədə məlumatlar verilib. Düşünürəm ki, daşıyıcı şirkətlər, hüquqi və fiziki şəxslər bu müsabiqələrə qatılmaqla bu xidməti həm keyfiyyətli, həm də qanuni şəkildə həyata keçirə bilərlər.Təhlükəsizlik məsələləri önəmlidi, müntəzəmlilik mütləq qorunmalıdır. Yəni, burda nəzarət çox vacibdir. Azad olunmuş ərazilərə müntəzəm şəkildə marşurutların işə salınması yaxşı olar. Çünki artıq Laçında da məskunlaşma baş verdi.Yəni, Ağalıdan sonra Qubadlı , Qubadlıdan sonra Laçının kəndləri. Düşünürəm ki, həmin istiqamətlərdə də xidmətlərə böyük ehtiyac var. Vətəndaşların məmnunluğunu təmin etmək üçün bu xidmət göstərilməlidir.Düşünürəm ki, yaxın zamanda bunlar barədə də tədbirlər görüləcək. Ümumiyyətlə, sərnişin daşıma bütün istiqamətlərdə keyfiyyətli bir formaya gəlib çıxmalıdır. Nəinki, digər ərazilərdə, elə işğaldan azad olunmuş ərazilərdə də, bu məsələlərə çox ciddi yanaşma gözlənilir. Hələlik, qeyri-formal da olsa, bu marşurut xəttləri işləyir, amma bunu formal çərçivəyə salmaqla vətəndaşlara daha komfortlu və təhlükəsiz xidmət göstərmək vacibdir. Getdikcə, bilet sistemini də tətbiq etmək olar. Bu zaman sürücülər sui-istifadə edərək vətəndaşlardan artıq pul ala bilməzlər. Məndə olan məlumata görə, yaxın gələcəkdə Zəngilanda, Füzulidə , Laçında və Qubadlıda avtovağzalların fəaliyyəti planlaşdırılır.Bunlar nəzərdə tutulan işlərdir”.
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində












