“Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş" imzalanacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
O qeyd edib ki, Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir:
“Qərargahı Bakıda olmaqla layihə üzrə Birgə Müəssisənin yaradılması qarşıda duran vəzifələrdəndir. Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş"in imzalanması COP-a olan planlarımız sırasındadır”.
P.Şahbazov vurğulayıb ki, praktiki cəhətdən "Xəzər-Qara dəniz-Avropa "Yaşıl Enerji Dəhlizi"nin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur.
Bildirildiyi kimi, Saziş layihəsində tərəflərin Avropaya və digər regionlara “təmiz enerji” tədarükünün təşkili, yeni texnologiyaların tətbiqi və enerji səmərəliliyi, eləcə də enerji qənaəti xidmətlərinin inkişafı sahəsində əməkdaşlıq niyyətləri öz əksini tapıb. Saziş qeyri-müəyyən müddətə imzalanacaq.
Xatırladaq ki, Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirləri 2024-cü il mayın 1-də Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində üç respublikanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar. Sənəd memorandum iştirakçıları tərəfindən Azərbaycan, Qazaxıstan və Özbəkistandan texniki və iqtisadi baxımdan ən optimal “yaşıl enerji” ticarətini həyata keçirmək üçün Xəzər dənizinin dibi ilə və digər dövlətlərin ərazisində yüksək gərginlikli kabel çəkilməsi yolu ilə üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin imkanlarının öyrənilməsini nəzərdə tutur.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











