COP29-a həsr olunmuş veloyürüş keçirilib - FOTO

Azərbaycanın Hindistandakı səfirliyi Hindistan Velosipedçilər Konfederasiyası ilə birgə paytaxt Nyu-Dehli şəhərində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) həsr olunmuş velosiped yürüşü təşkil edib.
Səfirlikdən Avtosfer.az-a bildirilib ki, səhər saatlarında səfirliyin önündən başlayan veloyürüş paytaxt Nyu-Dehlinin mərkəzindəki tarixi “India Gate” abidəsinin önünə qədər davam edib.
Müxtəlif yaş kateqoriyalarından olan 100-dən artıq həvəskar velosipedçinin qatıldığı yürüşün məqsədi sağlam və dayanıqlı həyat tərzinin təşviqi, iqlim dəyişikliyinin mənfi təsirləri barədə məlumatlılığın artırılması, Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə diqqətin cəlb edilməsi və geniş ictimai dəstəyin əldə edilməsi idi.
Veloyürüşün sonunda çıxış edən səfir Elçin Hüseynli Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə elan edilmiş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aparılan fəaliyyətlər və ölkəmizin COP29 Sədrliyi dövründə irəli sürülən təşəbbüslər barədə məlumat verib. O, Hindistan Velosipedçilər Konfederasiyasının Azərbaycanın COP Atəşkəs çağırışına qoşulan ilk təşkilatlardan biri olduğunu diqqətə çatdırıb.
Konfederasiyanın prezidenti Ratan Rajnan Hindistan cəmiyyətində iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılması, sağlam həyat tərzi və daha təmiz ətraf mühitin təşviqi məqsədilə veloyürüşü təşkil etdiyinə görə səfirliyə təşəkkür edib. O, rəhbərlik etdiyi təşkilatın və onun üzvlərinin Azərbaycanın COP29 Sədrliyinin fəaliyyətini dəstəklədiyini bildirib.
Tədbir zamanı səfirliyin həyətində və “India Gate” abidəsinin yanında “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş fotostendlər yerləşdirilib, iştirakçılara müvafiq loqoların əks olunduğu xüsusi hazırlanmış köynəklər təqdim edilib.



Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











