COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq?

“COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq”.
Bunu açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
“COP29-un əməliyyat tədbirləri, nəqliyyat əməliyyatlarının səmərəli təşkili üçün müəyyən zolaqlar təşkil olunub ki, onlarda COP29 loqoları var. Həmin loqolar tədbirdən sonra silinəcək. Onlar artıq nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək. Loqolar isə qırıq-qırıq nişanlanma xətləri ilə əvəz ediləcək. Həmin zolaqların bəzilərinin isə ümumi zolaq şəbəkəsinə daxil edilməsi nəzərdə tutulur”, - o bildirib.
Qeyd edək ki, artıq Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.
(qafqazinfo)
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











