COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək

COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sualını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə bildirib ki, tədbir iştirakçılarının qaldığı qonaqlama yerlərində 24 saat tibbi xidmət mümkün olacaq:
"Bunun üçün regionlarda olan bütün resurslardan istifadə olunacaq. Qeyd edim ki, hava limanından tutmuş qonaqlama yerlərinədək, eləcə də tədbirin keçiriləcəyi bütün məkanların hamısında təcili tibbi yardım briqadaları olacaq".
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











