COP29-u işıqlandırmaq üçün qeydiyyatdan keçən media nümayəndələrinin sayı açıqlanıb
COP29
18 Oktyabr 2024 13:24
Oxunub 208
İnidiyədək COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib.
Avtosfer.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Media məlumatları departamentinin rəhbəri Pirim Pirimov deyib.
Onun sözlərinə görə, Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. P.Pirimov bildirib ki, eyni anda çalışmaq üçün 1200 media nümayəndəsi üçün şərait yaradılıb:
"Xırda detallar var ki, üzərində işlər gedir. Media, tv və radio, yazılı mətbuat üçün iş otaqlar ayrılıb. Tv və radio yayımçıları üçün 330 iş masası, 300 masa isə yazılı masa ayrılıb".
Orxan Əliyev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR