COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı olub

COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açılışı olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, açılışda COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, könüllülər və media nümayəndələri iştirak ediblər.
Mərkəzdə qeydiyyat, akkreditasiya kartlarının paylanması üçün zonalar, həmçinin məlumatlandırma işləri və COP29 uniformalarının paylanması üçün zonalar yaradılıb. Mərkəz həftədə 6 gün fəaliyyət göstərəcək.
Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartları təqdim olunub.
İşçi Qüvvəsi Departamentinin rəhbəri Atif Qənbərov məlumat verib ki, artıq bu gündən mərkəz hər kəsə xidmət etməyə hazırdır:
"Tədbir müddətində istifadə edilən uniforma materialları dayanıqlılıq və davamlılıq prinsipləri əsasında istehsal olunub".
Qeyd edək ki, uniformalar yerli istehsaldır.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











