COP29 üzrə onlayn təlim proqramı ictimaiyyətə təqdim edildi

COP29 Azərbaycan Əməliyyat Şirkəti iqlim dəyişmələrinə qarşı mübarizədə dayanıqlı inkişafın və qlobal ekoloji öhdəliklərin yerinə yetirilməsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə, COP29 Azərbaycan ƏŞ tərəfindən yeni onlayn dayanıqlılıq təlim proqramı geniş ictimaiyyətə təqdim edilir.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən tərtib edilən təlim proqramı ekoloji və sosial dayanıqlılıq, müyəssərlik, inklüzivlik və digər müxtəlif mövzularda məlumatlılığın artırılmasına xidmət edir. Proqramın məqsədi COP29 ərəfəsində dayanıqlı və inklüziv gələcəyin qurulması üçün hər bir vətəndaşın rolunu vurğulamaqla əsas anlayış və bilikləri təmin etmək, qeyd edilən istiqamətdə ictimai maarifləndirməyə töhfə vermək, eləcə də COP29 konfransı və konfransdan sonra müvafiq sahədə vərdişlərin formalaşdırılması və tətbiqinin təşviqidir.
Onlayn təlim proqramından yararlanmaq istəyən hər kəs “Eduaz” onlayn tədris platformasının müvafiq bölməsi üzərindən qeydiyyatdan keçərək bu təlimlərə qoşula bilər. Qeydiyyat haqqında video təlimatı bu link vasitəsilə izləyə bilərsiniz. Təlim proqramı ilə əlaqədar yarana biləcək suallarla bağlı +994 12 535 29 28 nömrəsi ilə əlaqə saxlanıla bilər.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











