Reklam

COP29 zamanı əsas küçə və prospektlərdə əsaslı qadağaların qoyulması nəzərdə tutulmur - RƏSMİ

COP29 18 Oktyabr 2024 12:34 Oxunub 312
COP29 zamanı əsas küçə və prospektlərdə əsaslı qadağaların qoyulması nəzərdə tutulmur - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur.

Avtosfer.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

Onun sözlərinə görə, noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə müəyyən tənzimləmələr nəzərdə tutulur:

"Ölkəyə səfər edəcək dövlət və hökumət başçılarının gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif tənzimlənmələrin aparılması nəzərdə tutulur. Bu tənzimləmələr aparılarkən çətinliklər və sıxlıqlar yarana bilər deyə, şəhərin nəqliyyat tənzimlənməsi planını yaratmışıq. Belə ki, dövlət və hökumət başçılarını daşıyan kortejlərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə etsin deyə, müəyyən alternativlər müəyyən olunub. Bu istiqamətlər hava limanından şəhərə, əksi və ya şəhərin digər istiqamətidir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

O.Mahmudlu bildirib ki, həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh