Meksikada COP29-a həsr edilmiş tədbir keçirilib - FOTO

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksika Mühəndis Həmkarlar İttifaqı Milli Birliyinin (Unidad Nacional de Asociaciones de İngenieros) təşkilatçılığı ilə təşkil edilmiş tədbirdə ölkəmizin COP29-a ev sahibliyi mövzusunda məruzəçi kimi çıxış edib.
Avtosfer.az xəbər verir ki, Meksikanın ətraf mühit naziri Alisia Barsenanın iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29- a ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib.
Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyini bildirən diplomat cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrə üstünlük verildiyini, azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını vurğulayıb.
Diplomat iqlim dəyişikliyinin nə dərəcədə aktual məsələ olduğunu, iqlim dəyişikliyinin heç bir sərhəd tanımadığını, bütün ölkələrə təsir göstərdiyini xatırladaraq bu qlobal problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyindən söz açıb. Səfir həm hökumət, həm də qeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəli sürülmüş qlobal təşəbbüslərə qoşulmağa çağırış edib.
Tədbirdə çıxış edən Meksika ətraf mühit naziri A.Barsena Meksika hökumətinin iqlim dəyişikliyi ilə bağlı gördüyü işlər və COP29-dan gözləntilər barədə danışıb.



Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











