SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: COP29 zolaqları bu vaxtdan açılacaq

COP29 29 Oktyabr 2024 13:37 Oxunub 230
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ:  COP29 zolaqları bu vaxtdan açılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlumdur ki, noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirə hazırlıq prosesi davam edir.

Avtosfer.az bakivaxti.az-a istinadən xəbər verir ki, konfransla bağlı ölkəyə gələcək çoxsaylı qonaqları nəzərə alaraq paytaxt yollarında sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, qonaqların rahatlığının təminatı üçün atılan addımlardan biri yollarda çəkilən COP29 zolaqlarıdır. Noyabr ayından açılacaq bu zolaqlarda COP29 üçün nəzərdə tutulan avtobusların, xüsusi taksilərin və avtomobillərin hərəkəti nəzərdə tutulur.

Sözügedən zolaqlardan istifadə üçün xüsusi icazə vərəqələri və stikerləri olmayan sürücülər bu zolağa daxil olsalar, onları hansısa cərimələr gözləyirmi?

Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir.

Qurum rəsmisi vurğulayıb ki, bəzi küçələrdə qadağa yalnız günün müəyyən saatlarında qüvvədədir. Ərazidə qoyulan nişanda saat qeyd olunubsa, həmin yerdə qadağa yalnız sözügedən saatlarda qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır:

"Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 ("BUS" yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır. Lakin iki istisna hal var.

Birincisi odur ki, əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa , başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhal da hərəkətə başlayıb zolağı tərk etmək olar”.

Elvin Hacıyev, Baş DYP İdarəsinin inspektoru, polis leytenantı

Onun sözlərinə görə, ikincisi isə yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar. Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar:

“Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh