“06”nı oğurlayıb sürərkən qəza törədib qaçdı; polis əməliyyat keçirib saxladı – Yevlaxda

Yevlaxda minik avtomobilini oğurlayaraq qəza törətdikdən sonra hadisə yerindən qaçan şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, insident iyunun 1-də saat 14 radələrində Havarlı kəndi ərazisində baş verib.
Məlumata görə, Mingəçevir şəhər sakini K.Atayevin “VAZ-2106” markalı avtomobilini qaçırmağa cəhd göstərməsi, idarə edərkən onu hasara vurması və avtomobildən düşərək qaçması barədə Yevlax RPŞ-yə məlumat daxil olub.
Yevlax RPŞ və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini E.Rüstəmov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mingəçevir şəhəri ərazisindəki 2 evdən və 1 avtomobildən velosiped, pul, ətir və eynək oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ











