"07"ni qaçırıb hissələrə ayraraq satan şəxslər həbs edilib - FOTO

Binəqədi rayonu Biləcəri qəsəbəsində paytaxt sakini İsmayıl İsmayılzadəyə məxsus “VAZ 2107” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edərək nəqliyyat vasitəsinin oğurlandığını bildirib.
Bölmə əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinin əvvəllər məhkum olunmuş Sahib Əliyev və onun bacısı oğlu Nicat Musayev tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, S.Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Bonəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev və N.Musayevin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Binəqədi Rpi-nin 6-cı Polis Bölməsinə müraciət edə bilərlər.
Namiq Musayev


"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












