"10 minlərlə avtomobil çürüyüb gedir, amma... " - Ərşad Hüseynov

“Bu gün ölkəmizdə 10 minlərlə sadəcə kağızda mövcud olan avtomobil var ki, sahibi tərəfindən çoxdan metalloma verilib, yaxud haradasa çürüyüb gedir. Amma sənəddə mövcud avtoparkımızın tərkibində sayılır.”
Bunu hüquqşünaş Ərşad Hüseynov son günlər bəzi vətəndaşların özlərinin, yaxud ailə üzvlərinin adına avtomobil olması ilə bağlı 190 manatlıq sosial yardımı ala bilməməsi məsələsinə münasibər bildirərkən deyib. Hüquqşünas qeyd edib ki, söhbət avtomobillərin dövriyyəsində, daha dəqiqi uçota alınmasında və uçotdan çıxarılmasında olan problemdən gedir.
“Yəqin ki, nazirlikdən gələn bəzi imtina cavabları texniki xətalarla, yaxud müxtəlif orqanlar arsında məlumat mübadiləsindəki problemlə də bağlıdır. İkinci bir ciddi problem odur ki, yenə də 10 minlərlə avtomobil etibarnamə ilə "satılıb", yaxud əsil sahiblik edən onu alanda dostunun, qohumunun, qonşusunun adına rəsmiləşdirib. İndi həmin etibarnamə ilə "satanların" və adına üzünü görmədiyi avtomobil olanların bəziləri hətta bunu unudublar. Sənəddə isə onlar avtomobil sahibi olaraq qalırlar. Düşünürəm ki, belə faktlar toplam 100 mindən artıq olar.”
Ərşad Hüseynov Belə problem yaşanmaması üçün avtomobillərin həm uçota alınması, həm də uçotdan silinməsi işində ciddi dəyişiklik lazım olduğunu diqqətə çatdırıb. “Uçota alma (adına keçirmə) maksimum şəffaf və operativ olmalıdır ki, heç kəs faktiki alqı-satqı əvəzinə etibarnamayə və ya başqa üsula üz tutmasın. Uçotdan çıxarma işi isə həm təbliğ olunmalıdır, həm də operativ prosedur müəyyən edilməlidir. Bunun üçün də tezliklə utilizasiya proqramı təsdiqlənməli və icaraya başlanılmalıdır.”
Orxan
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










