1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub – FOTO

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqlərı davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda “Ballı market”də, “Adana dönər” ictimai iaşə obyektində, Binəqədi rayonunda “Senti” və Vaqif Hüseynova məxsus geyim mağazalarında, “X petrol” yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda “Döneretto” ictimai iaşə obyektində, Xəzər rayonunda “Yeni Bakı” kafesində, Xətai rayonunda “Hakara poliqrafiya” xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda “Köz dönər” və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda “Tana” MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda “Pizza Line” ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda “Dokta” aptekində, Göygöl rayonunda “Helenendorf” otelində və “Oba market”də, Masallı rayonunda “44 Dönər Evi”ndə, “Hector” mağazasında, “Karal” oteldə, Zaqatala rayonunda “Kibel” parfümeriya mağazasında, “Meydan” kafesində, “Ekonom Univermaq”da, Ağdam rayonunda “Zeytun” aptekində, “İstanbul kafe”də, Siyəzən rayonunda "Sky Elektroniks", "Al Market", "Y.T Moda", "Çıraq Qala un və un məmulatları" mağazalarında və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.
.







Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA











