12201 nəqliyyat vasitəsi postlardan geri QAYTARILDI - 10 nəfər məsuliyyətə cəlb edildi

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 27 mart saat 08:00-dan 28 mart saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə bu barədə Modern.az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, 19 martdan 28 mart saat 08:00-dək 7842 nəqliyyat vasitəsinin rayon, 25 martdan 28 mart saat 08:00-dək isə 4359 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qaytarılıb:
“ Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 70-i rayon, 374-ü şəhər istiqamətinə olmaqla 444 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Həmçinin, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən keçid postundan 27-i rayon, 151-i şəhər istiqamətinə olmaqla 178 nəqliyyat vasitəsi geri qaytarılıb.
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 200-ü rayon, 178-i şəhər istiqamətinə olmaqla 378 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib”.
Onun sözlərinə görə, gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 10 nəfər məsuliyyətə cəlb edilib:
“Ümumilikdə bu günədək 12201 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












